Bottas Halodan narazı deyil

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Halo sistemi trası görməyə mane olmur.

F-1.az xatırladır ki, bu il bütün komandalar sürücülərin başını qorumaq üçün Halo sistemindən istifadə edəcəklər. Amma bəzi mütəxəssislər hesab edirlər ki, yeni sistem trası görməyə mane olacaq.

Valtteri Bottas: “Simulyatorda Halo ilə sürdüm və müəyyən müddətdən sonra orada olduğunu hiss etmədim. Öyrəşəndən sonra asandır. Fanlar üçün də eyni hal keçərli olacaq. Yeni olduğu üçün fərqli görünür. Bəzi insanlar bunun gözəl olmadığını deyirlər. Lakin öyrəşmək üçün vaxt lazımdır. Əgər kiçik və ya böyük qəzada sizi qorusa, onda yaxşı sistem demək olar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*