L.Stroll: “Bottasla komanda yoldaşı olmaq böyük şansdır”

Ləns Stroll bildirib ki, gələn ildən etibarən Bottasla komanda yoldaşı olması onun üçün böyük fürsətdir.

F-1.az xatırladır ki, Ləns Stroll gələn ildən etibarən Williams komandasında Felipe Massanı əvəz edəcək.

Daha əvvəl komandası ilə testlərə çıxan 18 yaşlı sürücü, Bottas kimi təcrübəli sürücüdən çox şey öyrənə biləcəyini bildirib: “Valtteri ilə yarışmaq böyük şansdır. O uzun müddətdir ki, komandadadır və öz keyfiyyətlərini göstərib. Debüt mövsümümdə özümü onunla müqayisə etməliyəm. Tək hədəfim hər yarış özümü inkişaf etdirməkdir.

Komandaya mənə şans verdiyi üçün təşəkkür edirəm. Əlimdən gələnin ən yaxşısını edib, onları sevindirəcəm.

Bunu inkar etmirəm. Mən varlı ailədə böyümüşəm. Amma bu, mənim içimdəki istəyi azaltmır. Sükanın arxasında kimin çox pulunun olduğu vacib deyil. Mən də bu düşüncə ilə işimi görəcəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*