21 Sentyabr 2019, Şənbə - 17:22

L.Həmilton erkən pit səbəbini açıqlayıb

L.Həmilton erkən pit səbəbini açıqlayıb

Müəllif: Rauf Hacıyev, redaktor

12:28 - 26 Mart, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, yarış vaxtı asfaltla ilişməni itirdiyi üçün məcburən pitə girməli olub.

F-1.az xatırladır ki, Lyuis Həmilton yarışa birinci yerdən başlayıb və startda yerini qoruyub. Amma erkən pit-stopa girdiyi üçün trafikə düşüb və Maks Ferstappenin arxasında vaxt itirməyə başlayıb. Bundan istifadə edən Fettel 6 dövrə sonra pit-stop edərək trasa Həmiltonun önündə qayıdıb.

Lyuis Həmilton: “Yarışda təkərləri işlədə bilmədik. Asfaltla ilişmə azaldığı üçün erkən pit-stop etməli oldum. Pitə girdik və Red Bull-lardan birinin arxasında ilişib qaldım. Yarışın əvvəlindən asfaltla ilişmədə problem var idi. Seb mənim tempimdə gedirdi. Həmişə sürətli dövrə vura bilirdi. Daha sonra trafikə düşdüm və təkərləri həddən artıq qızdırdım. Yarışds həmişə belə hallar olur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 368
Teqlər , , , ,
Paylaş

logo