C.Rassell artıq Mercedes-dədir?

Britaniya mətbuatının verdiyi xəbərə görə Corc Rassel artıq Mercedes-ə transfer olunub.

F-1.az xatırladır ki, Valtteri Bottasın müqaviləsi ilin sonunda başa çatacaq. Lakin onun komandada qalacağı artıq inandırıcı görünmür. Mercedes komandası öz akademiyasının yetirməsi olan Corc Rasseli artıq 3 ildir ki, Williams-da yarışdırır. Əgər gənc sürücü bu il də komandaya gətirilməsə, əldən çıxa bilər. Buna görə də “gümüşü oxlar” gənc sürücünü komandaya gətirmək istəyir.

Amma xəbərdə o da qeyd edilib ki, komandanın yeddiqat Dünya Çempionu Lyuis Həmilton bu xəbərə görə heç də sevinməyib, əksinə məyus olub.

Corc Rassell Mercedes-ə gələcəyi təqdirdə Valtteri Bottasın Alfa Romeo-ya getməsi gözlənilir. Williams komandası isə Rasselin əvəzinə Aleksander Elbon və ya Nik de Vrizi gətirə bilər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*