L.Həmilton: “Daha yaxşı nəticə mümkün idi”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Monako yarışında əla iş görüb və yarışa yaxşı nəzarət edib.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa 13-cü yerdən başlasa da, yekunda 7-ci olub və qızıl dəyərində 6 xal qazanıb.

Lyuis Həmilton: “Monakoda çox xal itirdim. Lakin 13-cü başlayıb qəza etmədən 7-ci oldum və vacib xallar qazandım. Əsas məqsədimiz zərəri minimuma endirmək idi və bunu edə bildik. Yarışa yaxşı nəzarət etdim. Bolid yarışda daha yaxşı təsir bağışladı. Hücum etmək mümkünsüz olduğu üçün 7-ci yer mükəmməldir. SuperSoft təkərlərdə sürmək narahat olsa da, mənə çox təsir etmədi. Burada ötmə mümkünsüz olduğu üçün təkərlərdən danışmaq yersizdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*