B.Ekklstoun: “İdmanın Fettelə ehtiyacı var”

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, idmanın qələbələr qazanan Fettelə ehtiyacı var.

F-1.az xatırladır ki, almaniyalı sürücü mövsümün ilk iki yarışında podiumsuz qalıb. Son iki ildə daha çox səhvləri ilə yadda qalan dördqat Dünya Çempionu mövsümün ikinci yarışı Bəhreyndə yerində fırlanıb.

Berni Ekklstoun: “Formula1-in qələbələr qazanan Fettelə ehtiyacı var. Onun mübariz genləri var və insanlar artıq onu ciddiyə almırlar. O, hazırkı vəziyyətdən qurtulmaq üçün də mübarizə aparır. Lyuis ilə birlikdə Mixael Şumaxerin yeddiqat Dünya Çempionu rekorduna çata bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*