F.Alonso: “Ümid edirəm ki, sıralanmada son sessiyaya qala bilərik”

İspan sürücü cümə günü keçirilən sərbəst yürüşlərdən sonra nikbindir.

F-1.az xatırladır ki, McLaren Yaponiyada zəif təsir bağışlamış və Suzukaya müəyyən qədər bənzəyən Ostində də yaxşı çıxış edəcəyi gözlənilmirdi. Lakin cümə günü keçirilən ikinci sərbəst yürüşlərdə həm Alonso, həm də Batton ilk onluqda yer ala biliblər.

Fernando Alonso: “Yaxşı gün idi. Bu gün üçün olan proqramımızı başa vura bildik. Səhər sessiyasında SuperSoft təkərlərdən istifadə etmədik. Sadəcə Medium və Soft təkərlərlə işlədik. Nahardan sonra SuperSoft-larla işlədik və onların tez aşınması məni təəcübləndirmədi. Günboyu fərqli şeyləri sınaqdan keçirdik. Düzgün sazlanmaları tapmağa çalışdıq. Yoxladığımız yeniliklərin bəziləri ilk sessiyada, bəziləri də ikinci sessiyada yaxşı işlədi. Bir qədər də çalışaraq nəticələrimizi daha da yaxşılaşdıra bilərik. Ümid edirəm ki, sürətimiz son sessiyaya qalmağa kifayət edəcək…”

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*