18 Avqust 2019, Bazar - 13:11

S.Fettel: “İkinci yerə görə xoşbəxt ola bilmərəm”

S.Fettel: “İkinci yerə görə xoşbəxt ola bilmərəm”

Müəllif: Rauf Hacıyev, redaktor

11:15 - 14 İyul, 2017

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, hər yarışa qələbə hədəfi ilə çıxır və ikinciliklə razı deyil.

F-1.az xatırladır ki, almaniyalı sürücü Monakodan sonra qələbə qazana bilməsə də, son iki yarışı əsas rəqibi Həmiltonun önündə bitirərək, britaniyalı sürücü ilə xal fərqini 20-ə yüksəldə bilib. Lakin,son 3 yarışda 61 xal toplayan Valtteri Bottas dördqat Dünya Çempionu ilə fərqi 19 xal azalda bilib.

Sebastyan Fettel: “Bottasın çempionluq şansı olub-olmadığını bilmirəm. Amma bunu düşünməyim üçün hər cür səbəb var. Mercedes-ə yeni qoşulsa da, indiyə kimi əla performans göstərib. İndiki halda xal vəziyyətinə görə narahat deyiləm. Qarşıda çoxlu yarış var və bu tempi davam etdirmək çox vacibdir. Bolidimizi hər yarış təkmilləşdirməliyik. Hazırda yarış tempimizə görə bunu bacarırıq. Sıralanma tempimizi də yaxşılaşdırsaq, bazar günü yaxşı nəticə almaq üçün şansımız artar. Amma hazırda bolidin güclü tərəfləri zəif tərəflərindən çoxdur.

Avstriyadakı nəticədən razı deyiləm. Mən sadəcə qazanmaq istəyirəm. Orada da axıra qədər əlimdən gələni etdim. İkinciliyə görə xoşbəxt ola bilmərəm. Hər yarışı qazanmaq istəsəm də, bu mümkünsüzdür. Əminəm ki, Silverstounda yaxşı nəticə alacağıq.

Burada yeni mühərriyə keçirik və inanmıram ki, elə də böyük bir fərq yaratsın, amma bəzi şeylər planlaşdırırıq. Hazırda hər şey plana uyğun gedir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 030
Teqlər , , , , ,
Paylaş

logo