25 Avqust 2019, Bazar - 10:58

J.Vilnöv: “Williams doğru hərəkət edir”

J.Vilnöv: “Williams doğru hərəkət edir”

Müəllif: Rauf Hacıyev, redaktor

08:38 - 16 Yanvar, 2017

Formula1 üzrə 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv bildirib ki, Williams komandası Bottası Mercedes-ə verib, əvəzinə Massanı gətirməklə doğru addım atır.

F-1.az xatırladır ki, Rosberqin gözlənilməz təqaüd qərarından sonra Valtteri Bottas Mercedes-ə keçmək üçün ən real namizəd sayılır. Williams komandasının finlandiyalının əvəzinə Felipe Massanı komandaya qaytaracağı gözlənilir.

Jak Vilnöv: “Massa kimi təcrübəli sürücünü komandaya qaytarmaq qətiliklə doğru addımdır. Bottas Toto Volffun sürücülərindən biridir və buna görə də bu transferə təəccüblənmədim. Düşünürəm ki, Ləns uzun illər Williams-da qalacaq. O da Felipe kimi təcrübəli sürücüdən nəsə öyrənmək istəyəcək. Hər iki tərəf üçün ən yaxşı müqavilə bizi gözləyir.

Bottasın Mercedes-ə keçməsi Lyuisi çox da narahat etməyəcək. Keçən il çempionluğu itirdikdən sonra bu il daha da aqressiv olacaq. Bu il də çempionluğun ən böyük namizədi Lyuis Həmiltondur. Amma o da Bottas kimi sürücüyə hörmət etməlidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 639
Teqlər , , , , ,
Paylaş

logo