Luis Kamilyeri istefa verib

Ferrari-nin rəhbəri Luis Kamilyeri vəzifəsindən istefa verib.

F-1.az bildirir ki, onu hələlik Con Elkan əvəz edəcək. Xatırladaq ki, Kamilyeri 2018-ci ildə dünyasını dəyişmiş Sercio Markionneni əvəz etmişdi. 65 yaşlı rəhbər iş fəaliyyətini birdəfəlik bitirməyə qərar verib.

Kamilyeri ayrılıq səbəbini tam açıqlamayıb. Əsas səbəb kimi şəxsi problemlərin olduğunu deyib. Qeyd edək ki, Luis bir müddət koronavirusa görə xəstəxanada yatmışdı.

Kamilyerinin dövründə Ferrari biznes cəhətdən inkişaf edib. O, vəzifəyə gələndə Ferrari-nin səhmlərinin dəyəri 113 avro olduğu halda, onun dövründə 179 avroya yüksəlib. Ancaq şirkət avtoidmanda uğur qazana bilməyib.

Luis Kamilyeri: “Ferrari mənim həyatımın bir hissəsi oldu və orada rəhbər olmaq mənim üçün fəxr idi. Şirkətin son iki ildəki uğurlarına görə qürur duyuram və Ferrari-nin ən yaxşı illəri hələ də gəlməyib”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*