D.Kulthard: “Fettel-Həmilton mübarizəsi ən yaxşısıdır”

Sabiq Formula1 sürücüsü Devid Kulthard bildirib ki, builki çempionluq mübarizəsi idman tarixinin ən yaxşılarındandır.

F-1.az xatırladır ki, bu il Fettellə rəqibi Həmilton arasında liderlik 5 dəfə əl dəyişdirib.

Devid Kulthard: “Bu il ən güclü çempionluq mübarizələrindən birinə şahid oluruq. Bəlkə də, ən yaxşısıdır. Tarixə düşəcək. Lyuis və Sebastyan çox sürətlidirlər. Eyni zamanda fərqli xarakterə malikdirlər. Dost olmaq üçün xarakterləri uyğun olmasa da, bir-birlərinə hörmət edirlər.

Bu, lider olmalarına səbəb olan yönləridir. Sonda da vacib olan güclü tərəflər olur. Kimin daha çox səhv edib və xal yığdığını Əbu Dabidən sonra deyə biləcəyik.

Həmilton əslində problemli adam deyil. Keçən il Bakı yarışından sonra Fettellə görüşüb problemi həll etmək istədi. Sebastyan da elədir, lakin o atadır və yetkindir.

Valtteri Bottas və Kimi Rəykkönen kimi komanda yoldaşları var. İkisi də onlar üçün çox vacibdirlər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*