Ş.Lekler: Saynsla aramız yaxşıdır

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Karlos Saynsla arası yaxşıdır.

F-1.az xatırladır ki, iki sürücü 2021-ci ildən komanda yoldaşıdır və iki mövsümdə aralarında bir peoblem yaşanmayıb.

Şarl Lekler: “Münasibətimiz həmişə əla olub. Əlbəttə, hər şey daha yaxşı ola bilər, amma bundan yaxşısı necə olur bilmirəm. Çox yaxşı yola gedirik. Çoxlu ortaq cəhətlərimiz var. Qolf, şahmat kimi ortaq maraqlarımız var. Yaxşı vaxt keçiririk. Bir yerdə olanda yaxşı vaxt keçiririk.

Lakin həm trasda, həm də trasdan kənarda şahmat oynayarkən rəqabət aparırıq. Lakin bu sağlam rəqabətdir və bizi gücləndirir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*