İtaliya-2021: İkinci sərbəst yürüşlər

Məntiqi cəhətdən sprint yarışısının sıralamadan sonra edilməsi daha məqsədəuyğun olardı, lakin Formula1 rəhbərliyi bu iki vacib sessiya arasına ikinci məşqləri salıb...

F-1.az xatırladır ki, sıralanma turundan sonra maşınlar qapalı parkda olur və onlara heç bir dəyişiklik edilə bilməz. Lakin sürücülərin müxtəlif miqdarda yanacaq götürərək təkərlərin səmərəliliyini yoxlamaq imkanları var. Bu dəfə də daha çox orta və yumşaq təkərlərlə işləyiblər.

Sayns 27-ci dəqiqədə Ascari döngəsində ciddi qəza edib. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Zərbə güclü olub. Karlos özü maşından enib və müayinə üçün tibbi mərkəzə göndərilib. Ferrari mexanikləri sprint yarışına qədər maşını bərpa etmək üçün xeyli çalışmalı olacaqlar.

Fasilə 12 dəqiqə davam edib və məşqlərin davamı üçün yaşıl işıq yandırılıb. Komandanın digər sürücüsü Lekler özünü yaxşı hiss etmədiyini bildirib və sessiyanı erkən başa vurub.

Lyuis Həmilton dünən olduğu kimi, bu gün də məşqlərin ən sürətlisi olub – 1:23.246.

Sprint yarışı Bakı vaxtı ilə 18:30-da start götürəcək.

Пилот Команда Время Разница Круги
44 Lyuis Həmilton Mercedes AMG 1:23.246 25
77 Valtteri Bottas Mercedes AMG 1:23.468 + 0:00.222 24
33 Maks Ferstappen Red Bull 1:23.662 + 0:00.416 23
11 Serxio Peres Red Bull 1:23.917 + 0:00.671 29
31 Esteban Okon Alpine 1:24.263 + 0:01.017 20
88 Robert Kubitsa Alfa Romeo 1:24.280 + 0:01.034 28
99 Antonio Covinatsi Alfa Romeo 1:24.502 + 0:01.256 26
14 Fernando Alonso Alpine 1:24.539 + 0:01.293 16
10 Pyer Qasli AlphaTauri 1:24.654 + 0:01.408 24
4 Lando Norris McLaren 1:24.665 + 0:01.419 27
16 Şarl Lekler Ferrari 1:24.770 + 0:01.524 21
3 Daniel Rikkardo McLaren 1:24.774 + 0:01.528 24
6 Nikolas Latifi Williams 1:24.805 + 0:01.559 23
63 Corc Rassell Williams 1:25.083 + 0:01.837 22
22 Yuki Tsunoda AlphaTauri 1:25.422 + 0:02.176 32
9 Nikita Mazepin Haas 1:25.729 + 0:02.483 23
18 Ləns Stroll Aston Martin 1:25.763 + 0:02.517 28
5 Sebastyan Fettel Aston Martin 1:25.935 + 0:02.689 28
47 Mik Şumaxer Haas 1:26.012 + 0:02.766 25
55 Karlos Sayns Ferrari 1:26.124 + 0:02.878 14
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*