C.Rassell: Mükəmməl hissdir

Mercedes komandaının sürücüsü Corc Rassell Macarıstanda karyerasının ilk poulunu alsa da, komandasının performansından tam əmin deyil.

F-1.az xatırladır ki, britaniyalı sürücü Hunqarorinqdə son cəhdində stabil dövrə vuraraq, karyerasının ilk poulunu əldə edib.

Corc Rassell: “Çox xoşbəxtəm. İndiyə kimi ən pis cümə gününü keçirmişdik. dünən gecə hamı çox işlədi. Hansı yönə gedəcəyimizi bilmirdik, amma son dövrə… İlk döngəni döndüm. Ora meqa idi. İkinci döngə də meqa idi. Hər şey yaxşı gedirdi. Finiş xəttini keçdim və ekrana baxdım. Birinci yeri gördüm. Mükəmməl hiss idi.

Mercedes geri qayıtdı? Bilmirəm. Məlumatlara baxıb bu performansın haradan gəldiyini öyrənməliyik. Amma sıralanma turuna görə xal verilmir. Yarış tempimiz yaxşıdır. Ancaq Ferrari cümə günü yarış tempində çox sürətli idi. Əlimindən gələni edəcəyik. Nə olursa-olsun gözəl və xüsusi gün idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*