Rassell: Düşünürdüm ki, poul uğrunda mübarizə aparmaq üçün sürətimiz kifayət edərdi

Corc Rassell Niderland Qran Prisinin təsnifat mərhələsində ikinci nəticəni göstərib, lakin poul qazanan Lando Norrisdən çox cüzi geri qalıb.

Corc Rassell: “Demək istəyirəm ki, Lando əla iş gördü, buna görə həm onu, həm də McLaren-i təbrik edirəm, amma biz də bu sessiyanı kifayət qədər inamlı keçirdik. Düşünürdüm ki, poul uğrunda mübarizə aparmağa sürətimiz çatacaq, amma ikinci nəticədən də tam razıyam, xüsusən də bir neçə çətin yarışdan sonra yenidən ön sıralara qayıtmışam.

Görünür, yenidən yaxşı ritm tutmağa başlayıram və əlbəttə, sabah McLaren-lə mübarizə aparmağa çalışacağam. Tam mümkündür ki, yay fasiləsi mənə xeyir edib və indi yaxşı formadayam. Əsas olan odur ki, özünəinamım qayıdıb və sükan arxasında olmaq mənə zövq verir.

Belə təəssürat yaranır ki, yüksək sürətlərə sərin hava da kömək edir, buna görə hamı pilotajdan zövq alır və mən artıq sabahkı yarışı səbirsizliklə gözləyirəm”.