C.Rassell: Bəxtimiz gətirmədi

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, qəzadan sonra adam bəxtəvər olmur.

F-1.az xatırladır ki, britaniyalı sürücü Avstriyada sıralanma turunun son sessiyasında qəza edərək, mübarizəni dayandırıb. Yekunda 5-ci olan gənc pilot, Peresin cəza alması ilə 4-cü yerə yüksəlib.

Corc Rassell: “Bəxtimiz gətirmədi. Qəzanın zədələrini araşdırmalıyıq. Belə səhvdən sonra bəxtəvər ola bilməzsiniz. Üçüncülük şansımız var idi. Lakin bacarmadıq. Komandaya görə məyusam.

Boliddə müsbət yöndə inkişaf var. Lakin arxayınlaşmaq olmaz. Lyuis əla yarışırdı. Rəsmən uçurdu. Mən deyəsən sıralanma turunda düzgün sazlanma seçmədim. Ancaq bu sazlanmalar yarış üçün yaxşı ola bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*