F.Alonso: Boliddə özümü yaxşı hiss etdim

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, özünü boliddə yaxşı hiss edib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Qətərdəki sıralanma turunda 5-ci olub.

Fernando Alonso: “Həftəsonu yaxşı gedir. Boliddə özümü rahat hiss edirəm. Birinci sərbəst yürüşlərdən bəri özümü gözəl hiss var idi.

Bu trasda sürmək gözəldir. Yanacaq azaldıqca və təzə təkərlərə keçdikdən sonra bolid əla oldu. Komanda maşına çox yanacaq qoysa, bütün gecə sürərdim. Yarış üçün səbirsizlənirəm. Bəzi traslar bizim maşınımıza düşür. İstanbul, Soçi, bura. Bu traslarda bəzi şeylər bir-birinə bənzəyir. Şənbə günü yaxşı idi. Görək yarışda nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*