Fernando Alonso: “Məsələ qətiyyən maşında deyil. Mən peşəkaram və istər 15-ci yer, istərsə də podium uğrunda mübarizə aparım, hər zaman yüz faizimi verəcəyəm.
Mənim üçün bu qərar reqlamentlə bağlıdır. Təəssüf ki, indiki Formula1 bizim böyüdüyümüz Formula1 deyil və sürücülərlə azarkeşlərin görmək istədiyi Formula1 də deyil.
Bizə dəyişikliklər lazımdır. Əlbəttə, bu, dərhal baş verməyəcək – dəyişikliklər gələcəkdə olacaq. Amma ümid edirəm ki, hansısa şəkildə növbəti reqlamentə təsir edə biləcəyəm və biz əsl Formula1-ə qayıdacağıq”.
Fernando Alonsodan motivasiya problemi yaşayıb-yaşamadığını soruşanda o, zarafatla belə cavab verib: “Düşünürəm ki, 80 və ya 90 yaşımda da motivasiyalı olacağam”.





