F.Alonso: “Hər yarış xal almalıyıq”

Fernando Alonso Rusiyadakı yarışı 6-cı yerdə başa vurub və yarışdan sonra bildirib ki, McLaren özünə daha böyük hədəflər seçməlidir...

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 14-cü yerdən başlamışdı, amma yaxşı start alaraq, bu il ilk xallarını qazanıb.

Alonso yarışdan sonra bildirib ki, McLaren özünə daha böyük hədəflər seçməlidir: “İkinci döngədə olan hadisələrə görə bəxtimiz gətirdi. İnsidentdən qaça bildik.
Birinci dövrədən sonra bir neçə pillə irəlilədik və bunu qoruya bildik. Deyəsən, beşinci dövrədə 6-cı yerə qədər yüksəlmişdim. Bolidin performansı hər dövrə güclənirdi.

Bolid yaxşı təsir bağışladı, amma yanacağa qənaət etməli idik. Daha sonra öz-özümə sürətli bir dövrə atacağımı dedim.

Bolidin yaxşı potensialı var. Növbəti traslar bizim üçün əlverişli olacaq. Ümid edirəm ki, növbəti yarışlarda daha çox xal qazanacayıq. Artıq hər yarış xal almalıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*