22 Noyabr 2019, Cümə - 13:33

Kanada Qran Prisi: İkinci sərbəst yürüşlər

Kanada Qran Prisi: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:20 - 08 İyun, 2013

Quru. Buludlu. Havanın temperaturu +16°-17° C, trasın temperaturu +17°-19° C Nahardan sonra hava yaxşılaşıb. Göyün üzünü əvvəlki kimi buludlar örtsə […]

Quru. Buludlu. Havanın temperaturu +16°-17° C, trasın temperaturu +17°-19° C

Nahardan sonra hava yaxşılaşıb. Göyün üzünü əvvəlki kimi buludlar örtsə də, asfalt tam quruyub, komandalar səhər itirdikləri vaxtı kompensə etməyə çalışıblar. Pirelli isə Silverstoun üçün nəzərdə tutduğu yenilənmiş Medium tərkibini yoxlamağa başlayıb.

Hərçənd, komandalar bazar günü yarışda istifadə olunacaq təkərlərin effektliyinin yoxlanması və qiymətləndirilməsinə daha çox üstünlük veriblər.

Mark Uebber 20-ci dəqiqədə 6-cı döngədə yerində fırlanıb. Sürücülərin hamısı səhvə yol verib, təhlükəsizlik zonasına çıxıb və şikananı kəsiblər – asfalt yaxşı vəziyyətdə olmayıb, amma ciddi insident yaşanmayıb. Di Resta və Battonun maşınında ötürmələr qutusu ilə, Rəykkönenin maşınında isə əyləclərlə bağlı problemlər üzə çıxıb.

Sessiyanın ikinci yarısında sürücülər SuperSoft təkərlərinə keçiblər – əvvəlcə qısa dövrələr seriyasında sıralanma turu imitasiya olunub, sonra isə dolu yanacaq çəni ilə yarışın birinci hissəsi. Jil Bilnöv adına trasda təkərlərin yüklənməsi yüksəkdir və bu gün komandaların topladıqları məlumatlar yarışın strategiyasını müəyyən etməyə gərək olacaq.

Protokollara Fernando Alonso başçılıq edib – 1:14.818, ilk 12 sürücü 1 saniyəyə yerləşib…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01F.AlonsoFerrariFerrari1:14.81848
02L.HəmiltonMercedes AMGMercedes1:14.830+ 0.01245
03R.QrojanLotusRenault1:15.083+ 0.26540
04M.UebberRed BullRenault1:15.212+ 0.39446
05N.RosberqMercedes AMGMercedes1:15.249+ 0.43146
06F.MassaFerrariFerrari1:15.254+ 0.43643
07S.FettelRed BullRenault1:15.280+ 0.46241
08A.SutilForce İndiaMercedes1:15.396+ 0.57843
09C.BattonMcLarenMercedes1:15.422+ 0.60429
10D.RikkardoToro RossoFerrari1:15.566+ 0.74838
11K.RəykkönenLotusRenault1:15.599+ 0.78135
12S.PeresMcLarenMercedes1:15.661+ 0.84339
13P.di RestaForce İndiaMercedes1:15.855+ 1.03722
14P.MaldonadoWilliamsRenault1:16.319+ 1.50146
15J.E.VernToro RossoFerrari1:16.351+ 1.53338
16V.BottasWilliamsRenault1:16.374+ 1.55640
17E.QutyerresSauberFerrari1:16.475+ 1.65745
18N.HülkenberqSauberFerrari1:16.929+ 2.11135
19J.ByankiMarussiaCosworth1:17.070+ 2.25241
20Ş.PikCaterhamRenault1:17.236+ 2.41835
21M.ÇiltonMarussiaCosworth1:17.888+ 3.07045
22Q.van der QardeCaterhamRenault1:18.392+ 3.57439

Kanada Qran Prisi: İkinci sərbəst yürüşlər

Kanada Qran Prisi: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:26 - 13 İyun, 2012

Quru. Buludlu. Havanın temperaturu +22°-24° C, trasın temperaturu +24°-23° C Sessiyalararası fasilədə yağış yağıb, amma ikinci sessiyanın startına tras tam […]

Quru. Buludlu. Havanın temperaturu +22°-24° C, trasın temperaturu +24°-23° C

Sessiyalararası fasilədə yağış yağıb, amma ikinci sessiyanın startına tras tam quruyub. İki komandanın mexanikləri maşın üzərində işlərini davam etdiriblər – McLaren komandası Battonun maşınında ilişmə muftasının problemlərini həll edib, Caterham komandası isə Kovalaynenin qəzadan sonra maşınını bərpa edib – hər iki sürücü sessiyanın sonunda trasa çıxa biliblər.

Sürücülər mərhələ üçün hazırlanmış yeniliklərin yoxlanması prosesini davam etdiriblər, eyni zamanda hər iki təkər tərkibinin uzun məsafədə effektliyi qiymətləndirilib.

Sessiyanın sonuna 40 dəqiqə qalmış Bruno Senna “Çempionlar divarı”na çırpılıb. Protokollara isə səhər olduğu kimi Lyuis Həmilton başçılıq eidb – 1:15.259, amma bu dəfə nəticələr çox sıx olub – ilk 13 sürücü 0.7 saniyəyə yerləşib…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01L.HəmiltonMcLarenMercedes1:15.25943
02F.AlonsoFerrariFerrari1:15.313+ 0.05436
03F.MassaFerrariFerrari1:15.410+ 0.15139
04S.FettelRed BullRenault1:15.531+ 0.27244
05P.di RestaForce İndiaMercedes1:15.544+ 0.28532
06K.KobayaşiSauberFerrari1:15.651+ 0.39237
07M.ŞumaherMercedes AMGMercedes1:15.697+ 0.43832
08N.HülkenberqForce İndiaMercedes1:15.799+ 0.54039
09C.BattonMcLarenMercedes1:15.812+ 0.55314
10N.RosberqMercedes AMGMercedes1:15.878+ 0.61940
11S.PeresSauberFerrari1:15.898+ 0.63938
12M.UebberRed BullRenault1:15.907+ 0.64841
13P.MaldonadoWilliamsRenault1:15.987+ 0.72839
14R.QrojanLotusRenault1:16.360+ 1.10129
15K.RəykkönenLotusRenault1:16.562+ 1.30333
16H.KovalaynenCaterhamRenault1:16.981+ 1.72224
17B.SennaWilliamsRenault1:17.022+ 1.76322
18V.PetrovCaterhamRenault1:17.075+ 1.81641
19J.E.VernToro RossoFerrari1:17.124+ 1.86541
20D.RikkardoToro RossoFerrari1:17.716+ 2.45734
21P.de la RosaHRTCosworth1:18.908+ 3.64927
22T.QlokMarussiaCosworth1:19.084+ 3.82540
23N.KartikeyanHRTCosworth1:19.378+ 4.11921
24Ş.PikMarussiaCosworth1:19.902+ 4.64318

Kanada Qran Prisi: İkinci sərbəst yürüşlər

Kanada Qran Prisi: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:50 - 11 İyun, 2011

Quru. Günəşli. Havanın temperaturu +24° C, trasın temperaturu +42° C McLaren komandasının ehtiyat sürücüsü Pedro de la Rosa nahardan sonra […]

Quru. Günəşli. Havanın temperaturu +24° C, trasın temperaturu +42° C

McLaren komandasının ehtiyat sürücüsü Pedro de la Rosa nahardan sonra Serxio Peresi əvəz edib. Serxio özünü pis hiss edib və nahardan sonra avtodromu tərk edib.

Bu dəfə komandalar Soft və SuperSoft təkərləri ilə işləyiblər, sürücülər sıralanma turu və yarış konfiqurasiyası üçün sazlanmalar axtarıblar.

Əylənmə zamanı stabillik əldə etmək çox vacibdir, sazlanmaların axtarışı isə insidnetsiz ötüşməyib. Sessiyanın sonuna 40 dəqiqə qalmış Sutil yeddinci döngənin çıxışında qəzaya uğrayıb. On dəqiqə sonra qırmızı bayraqlar dalğalanıb – dördüncü döngədə Kobayaşi qəzaya uğrayıb. Restartdan dərhal sonra elə həmin yerdə D’Ambrozio qəzaya uğrayıb və yenə də qırmızı bayraqlar dalğalanıb.

Pedro de la Rosa trasa yalnız sessiyanın sonunda çıxıb, komanda maşını sürücüyə uyğunlaşdırmalı olub. İspaniyalı sürücü 14 dövrə vurub və 18-ci nəticə göstərib.

Protokollara isə Fernando Alonso başçılıq edib…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01F.AlonsoFerrariFerrari1:15.10734
02S.FettelRed BullRenault1:15.476+ 0.36929
03F.MassaFerrariFerrari1:15.601+ 0.49433
04L.HəmiltonMcLarenMercedes1:15.977+ 0.87026
05C.BattonMcLarenMercedes1:15.989+ 0.88225
06P.di RestaForce İndiaMercedes1:16.089+ 0.98234
07M.UebberRed BullRenault1:16.102+ 0.99528
08V.PetrovLotus Renault GPRenault1:16.324+ 1.21732
09N.HaydfeldLotus Renault GPRenault1:16.422+ 1.31532
10R.BarrikelloWilliamsCosworth1:16.687+ 1.58028
11A.SutilForce İndiaMercedes1:16.905+ 1.79816
12P.MaldonadoWilliamsCosworth1:16.941+ 1.83439
13S.BuemiToro RossoFerrari1:17.051+ 1.94432
14X.AlgersuariToro RossoFerrari1:17.684+ 2.57734
15K.KobayaşiSauberFerrari1:17.757+ 2.65020
16Y.TrulliTeam LotusRenault1:18.470+ 3.36333
17H.KovalaynenTeam LotusRenault1:18.482+ 3.37538
18P.de la RosaSauberFerrari1:18.536+ 3.42914
19N.RosberqMercedes GPMercedes1:18.601+ 3.49438
20M.ŞumaherMercedes GPMercedes1:19.209+ 4.10228
21T.QlokMarussia VirginCosworth1:19.810+ 4.70325
22V.LiutsiHispaniaCosworth1:20.284+ 5.17731
23N.KartikeyanHispaniaCosworth1:20.311+ 5.20438
24J.D’AmbrozioMarussia VirginCosworth1:20.922+ 5.81526

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 460
Teqlər , , , , ,
Paylaş

logo