M.Uebber: “Ən yaxşısı Fetteldir, ən pisi Maldonado…”

Mark Uebber həmişə açıqsözlü olması ilə digər Formula1 pilotlarından fərqlənib. Avstraliyalı sürücü hazırda F1-də yarışmasa da, bütün sürücüləri yaxşıdan pisə doğru sıralayıb.

F-1.az xatırladır ki, Uebber hazırda Dünya Dözümlülük Çempionatında (WEC) yarışır və 2015-ci ildə bu seriya üzrə Dünya Çempionu titulunu qazanmışdı.

Uebber əvvəlcə Fernando Alonso haqqında danışıb: “Fernando hazırda o qədər də yaxşı deyil, amma əminəm ki, mübarizəyə qayıtdığı zaman yenidən əvvəlki motivasiyasına qovuşacaq”.

Avstraliyalı sürücü eks komanda yoldaşı Fettel üçün yaxşı pilot, Lyuis Həmilton üçün isə “çox sürətli” olduğunu deyib: “Əgər məndən kimin ən yaxşı olduğunu soruşsalar, Sebastyan Fettel deyərəm. O çox yaxşıdır və qısa müddətdən sonra Ferrari ilə uğurlar qazanacaq.

Sebastyan əsl almandır və onun soyuqqanlı olması karyerası üçün üstünlükdür. Bundan başqa, o, ən pis vəziyyətdən də çıxa bilir. Həmiltona gəldikdə isə, o psixikasını idarə etməlidir”.

“Bəs ən pis pilot kimdir?” – sualına isə Uebber belə cavab verib: “Ən pis sürücü Maldonadodur. Həmişə trasın xaricində olur”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*