E.Okon: “DRS-ə görə geri qaldım”

Rusiyadan sonra İspaniyada da sıralanma turunun son sessiyasına qalan Okon çox xoşbəxt olduğunu bildirib.

F-1.az xatırladır ki, fransalı sürücü sıralanma turunun son sessiyasında DRS-dən istifadə edə bilmədiyi üçün mübarizə aparmaqda aciz qalıb və 10-cu yerlə barışmalı olub.

Esteban Okon: “Yenidən son sessiyaya qaldığım üçün sevincliyəm. Daha yaxşı yer tuta bilərdim, amma yeganə dövrəmdə DRS işləmədi və çox vaxt itirdim. Amma iki bolidlə də onluğa düşmək komanda üçün gözəl xəbərdir. Bizi uzun yarış gözləyir və zaman nəticələrindən görünür ki, hamı bir-birinə çox yaxındır. Yaxşı start alaraq, yuxarı pillələrə yüksəlmək istəyirik. Ümid edirəm ki, problem yaşamarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*