M.Ferstappen: Həmilton mənə yer qoymadı

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Lyuis Həmilton ona yer qoymayıb.

F-1.az xatırladır ki, iki sürücü pit-stoplardan sonra ilk döngədə yan-yana gəliblər. Lakin nə Ferstappen nə də Həmilton güzəştə gediblər və yekunda insident olub. İnsidentdə hollandiyalı sürücünün maşını Həmiltonun Mercedes-inin üstünə düşüb və yeddiqat Dünya Çempionu ölümdən qayıdıb.

Maks Ferstappen: “İlk döngədə yaxın olacağımızı bilirdik. O məni sıxmağa davam edirdi. Mən isə onunla yarışmaq istəyirdim. Sadəcə gözləmirdim ki, o məni bu qədər sıxar, çünki buna ehtiyac yox idi. Mənə birmaşınlıq yer qoysa idi, ikinci döngənin çıxışına qədər yarışardıq və o, öndə qalardı. Məni itələdi və gedəcək yerim yox idi. Məni sosis porebriklərin üstünə itələdi və buna görə qəza etdik. Arxa təkərim ona çırpıldı və maşın hoppandı.

Bu gün bəxtimiz gətirmədi. Heç kim bunu anlamaq istəmir. Ancaq biz bu hadisəni unudacaq qədər peşəkarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*