M.Ferstappen Red Bull-a keçir?

Helmut Markonun açıqlamalarına görə, Toro Rosso komandasının gənc sürücüsü Maks Ferstappen gələn ildən etibarən Red Bull komandasında çıxış edə bilər...

F-1.az bildirir ki, Helmut Marko Maks Ferstappenin 2017-ci ildə Red Bull-a keçəcəyi ilə bağlı ipucu verib.

Red Bull əgər gələn il Maks Ferstappeni transfer etməsə, Yos Ferstappen Mercedes və ya Ferrari ilə danışıqlara başlaya bilər.

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bu barədə danışıb: “Yaxşı sürücülər Red bull-a gəlməmişdən əvvəl Toro Rosso-da iki mövsüm keçirirlər. Ferstappen isə mükəmməl sürücüdür”.

Əgər Ferstappen Red Bull-a transfer olarsa, Kvyat böyük ehtimalla yenidən Toro Rosso-ya qayıdacaq. Auto Bild xəbər verir ki, Helmut Marko Çində Sercio Markionneyə deyib ki, Rikkardo Red Bull-dan ayrılmayacaq.

Marko bu barədə də danışıb və bildirib ki, Ferrari 2015-ci ildən bəri Daniel Rikkardonu transfer etmək istəyir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*