Macarıstan da ardıcıl 2 yarış keçirməyə hazırdır

Macarıstanda Qran Prisi bu ilin təqviminin ilkin versiyasında avqustun 2-nə təyin edilmişdi. Hunqarorinqin rəhbəri Jolt Dyulainin fikrincə, yarışın həmin vaxt keçiirlməsində heç bir problem yoxdur.

F-1.az bildirir ki, Dyulai yarışın böyük ehtimalla azarkeşlərsiz baş tutacağını qeyd edib. Pandemiyaya görə, keçirilməsi planlaşdırılan ilk yarışların boş tribunalar önündə baş tutacağı demək olar ki, dəqiqdir.

Jolt  Dyulai: “Formula1 rəhbərliyi ilə hər gün əlaqə saxlayırıq. Hər bir təklifə açıq olduğumuzu bilirlər. Qran prinin baş tutması üçün çalışırıq. Lakin hansı şərtlər altında mümkün olacağı bizim əlimizdə deyil. Hər şey ölkədəki vəziyyətin düzəlməsindən asılıdır. Avstriya qonşumuz olduğu üçün şanslıyıq. Onların yarışı bizdən bir neçə həftə əvvəldir və təcrübələrindən istifadə edə bilərik. Karantin qaydalarının yumşaldılmasını gözləyirik, lakin hər şeyin nə vaxt tamamilə düzələcəyi məlum deyil.

Azarkeşlər olmadan yarış keçirmək promouterlər üçün ciddi maliyə itkisi deməkdir. Koronavirus yayılmağa başlayanda bilet satışını dayandırdıq. Hazırda trasda heç bir iş görülmür, lakin onu hazır vəziyyətdə saxladığımız üçün avqustun əvvəlində yarışı keçirməyə heç nə mane olmayacaq. Hələ ki, Formula1 rəhbərliyi ilə alternativ tarixlər barədə müzakirə aparmamışıq. Burada iki yarışın keçirilib-keçirilməməsi barədə danışmaq üçün tezdir. Bizim üçün bu, problem deyil. İqtisadi və ölkəyə gələn turist sayı amillərinə görə Formula1 ilə uzunmüddətli əməkdaşlıq yaxşı olardı”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*