Macarıstan-2022: Birinci sərbəst yürüşlər

Hunqarorinqdə həftəsonu güclü yağış gözlənilir. Lakin bu gün hava isti olub. Pirelli bura Fransadakı tərkibləri gətirib və sürücülər xüsusilə onların üzərində işləyiblər.

F-1.az bildirir ki, Alfa Romeo-da ardıcıl ikinci həftəsonu Robert Kubitsa ilk məşqlərdə Valtteri Bottası əvəzləyib. Qalan komandalar isə əsas sürücüləri ilə işləyiblər. Red Bull komandası Peresin maşınına müxtəlif yeniliklər yerləşdirib. Norris də aerodinamik sensorlarla trasa çıxıb. Peres allergiyadan şikayətlənib, bir neçə dəfə asqırıb və pitə qayıdıb.

Haas ciddi yeniliklərlə buraya gəlib, lakin onları yalnız Maqnussenin maşınına yerləşdirib. Sessiya sakit keçib. İlk dəqiqələrdə Alonso üçüncü döngənin çıxışında yavaşlayan Strolla toqquşmadan son anda qurtulub – ispan sürücü bunun üçün trasdan çıxmalı olub. Həmilton, Alonso və Tsunoda təhlükəsizlik zonalarına çıxıblar.

Protokollara 1:18.750-lik nəticə ilə Karlos Sayns başçılıq edib. Məşqlər axşam davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 55 Karlos Sayns Ferrari 1:18.750 25
2 1 Maks Fertappen Red Bull 1:18.880 + 0:00.130 23
3 16 Şarl Lekler Ferrari 1:19.039 + 0:00.289 26
4 4 Lando Norris McLaren 1:19.299 + 0:00.549 21
5 63 Corc Rassell Mercedes 1:19.606 + 0:00.856 27
6 11 Serxio Peres Red Bull 1:19.622 + 0:00.872 24
7 44 Lyuis Həmilton Mercedes 1:19.710 + 0:00.960 25
8 3 Daniel Rikkardo McLaren 1:19.841 + 0:01.091 27
9 31 Esteban Okon Alpine 1:20.348 + 0:01.598 30
10 14 Fernando Alonso Alpine 1:20.377 + 0:01.627 26
11 5 Sebastyan Fettel Aston Martin 1:20.383 + 0:01.633 25
12 18 Ləns Stroll Aston Martin 1:20.414 + 0:01.664 25
13 10 Pyer Qasli AlphaTauri 1:20.456 + 0:01.706 28
14 22 Yuki Tsunoda AlphaTauri 1:20.695 + 0:01.945 27
15 24 Quanyu Çjou Alfa Romeo 1:20.810 + 0:02.060 22
16 23 Aleksander Elbon Williams 1:20.834 + 0:02.084 27
17 20 Kevin Maqnussen Haas 1:20.921 + 0:02.171 23
18 47 Mik Şumaxer Haas 1:21.027 + 0:02.277 25
19 88 Robert Kubitsa Alfa Romeo 1:21.179 + 0:02.429 19
20 6 Nikolas Latifi Williams 1:21.413 + 0:02.663 27
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*