K.Sayns nəticəni qəbul edir

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, çətinlik çəksə də, poul uğrunda mübarizə apara bilib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü birinci cəhdlərdən sonra birinci yerdə olsa da, ikinci və son cəhdlərdən sonra üçüncü yerə düşüb. O, poul qazanan komanda yoldaşı Leklerdən 0.129 saniyə geridə qalıb.

Karlos Sayns: “Gördüyünüz kimi Şarl məndən daha ayaxşı çıxış etdi. Bolidin maksimum potensialını ortaya qoydu. Ancaq həftəsonu ərzindəki inkişafdan razıyam. Bolidə öyrəşənə qədər çox çətinlik çəkdim. Həftəsonu başlayanda birinci yerdən yarım saniyə uzaqda idim və bu gün poul uğrunda mübarizə apardım. Şarl daha çox layiq idi. Çünki həftəsonu ərzində öndə olan sürücü idi. Komanda da əla işlədi.

Bolidi hələ də anlamamaışam. Çətinlik çəkirəm. Sürəndə düşünürəm və bu da mənim fikrimi dağıdır. Nəticəyə görə məyus deyiləm, çünki poul uğrunda mübarizə apardım. Nəticəni qəbul edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*