K.Sayns: Ferrari daha güclü olacaq

Ferrari-nin ispan sürücüsü komandasının gələn il daha yaxşı nəticələrə imkan verəcəyinə inandığını vurğulayıb.

Karlos Sayns: “Biz komanda olaraq daha güclü qayıdacağıq. Bir sıra məsələlər üzərində işləsək, gələn il çox güclü ola bilərik. Mən maşını mövsümün ikinci hissəsində daha yaxşı başa düşdüm. Həm bu, həm də üslubum məni daha da gücləndirəcək”

F-1.az xatırladır ki, Karlos dünənki birgünlük məşqlərdə 65 dövrə vurub və ən sürətli nəticə də ona aid olub.

Qeyd edək ki, geridə qoyduğumuz mövsümü komandanın sürücülərindən Şarl Lekler 308 xalla ikinci, Karlos Sayns isə 246 xalla beşinci yerdə tamamlayıb. Ferrari Mühəndislər Kubokunda ikinci olub.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*