K.Sayns: “Ferstappen söhbəti uzadır”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, Maks Ferstappenlə arasında olan mübarizə komandaya zərər verməyəcək...

F-1.az xatırladır ki, Maks Ferstappen Avstraliya QP-də Karlos Saynsı keçə bilməmişdi və bundan sonra radio vasitəsi ilə Saynsı və komandasını təhqir etmişdi.

Sayns bu barədə açıqlama verib: “Mən o vəziyyətdə ona yol verməli deyildim. Yarışdan sonra komanda ilə bu barədə danışdıq və mənə düz etdiyimi dedilər.

Eyni hal keçən ilin Sinqapur QP-də baş vermişdi, amma mən belə reaksiya verməmişdim”.

Sayns bildirib ki, o, Ferstappenin radio danışıqlarından və yarışdan sonra verdiyi açıqlamalardan narahatdır: “Biz bu yaxınlarda yenə bir yerə gələcəyik və üz-üzə baxacayıq. Hər şey yarışda olub qurtardı. Ona görə də çox uzatmaq mənasızdır.

Mən bu rəqabətdən razıyam və hər şey normal davam etsə, bu rəqabət çox faydalı olacaq”.

Sayns bildirib ki, onun Ferstappenlə heç bir problemi yoxdur və əlavə edib ki, Ferstappen yarışda olan bir hadisəyə görə bu qədər danışmamalıdır və ona nifrət etməməlidir: “Yarış gərgin mübarizə şəraitində keçdi, kaş daha çox rəqibimi keçərdim”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*