K.Sayns: Keçən il titul mübarizəsinə hazır deyildim

Ferrari-nin ispan sürücüsü keçən mövsüm özünü çempionluq uğrunda mübarizə aparmağa hazır olmadığını etiraf edib.

F-1.az bildirir ki, Karlos bunu daha çox maşınla əlaqələndirib.

Karlos Sayns: “Düzünü desəm, 2022-ci ilin maşınında titul uğrunda mübarizə aparmağa hazır deyildim. 2021-ci ildəki maşınla keçən il yarışsaydım, o zaman hazır olardım. Ferrari-də olduğum ilk ildə özümü tanıtdım. Keçən il özümü fərqli mövqedə tapdım. Belə şeylər bəzən baş verir.

F-1 sürücüsünün uzun karyerası var. Sizin üçün karyeranızın hansısa dövründə rəqabət aparmağa imkan verən maşınlar yaradılacaq. Bir az əskik olduğunuzu hiss edəcəyiniz maşınlar da var ki, onlarla da mübarizə aparmalısınız. Keçən il də belə olmuşdu”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*