E.Cordan Şumaxerdən necə intiqam alıb?

Sabiq Formula1 komandası Jordanın rəhbəri olmuş Eddi Cordan bildirib ki, Ralf Şumaxeri 1999-cu ildə Williams-a buraxmaqçün Mixael Şumaxerdən 2 milyon funt pul alıb.

F-1.az xatırladır ki, Mixael Şumaxer 1991-ci ildə Jordan komandası ilə idmanda debüt etsə də, bir yarışdan sonra Benetton komandasına transfer olunmuşdu. Daha sonra – 1997-1998-ci illərdə əfsanəvi sürücünün balaca qardaşı Ralf Şumaxer də Jordanın şərəfini qorumuşdu. Ancaq Ralf 1999-cu ildə Williams-dan transfer təklifi aldı, amma almaniyalı sürücünün Jordan-la müqaviləsi var idi.

Eddi Cordan: “Mixael yanıma gəldi və Ralfın müqaviləsini ləğv etmək və Williams-a keçidini təmin etməkçün mənə 2 milyon funt ödədi. Buna görə çox xoşbəxt oldum.

Heç kim Cordanı pul ödəmədən tərk edə bilməz! Uzun illərdən sonra Mixaeldən intiqam aldım”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*