18 Fevral 2019, Bazar ertəsi - 09:03

M.Koflən Melburnda Williams-a başçılıq edəcək

M.Koflən Melburnda Williams-a başçılıq edəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

04:52 - 15 Mart, 2013

Williams komandasının texniki direktoru Mayk Koflən Avstraliyada komandaya başçılıq edəcək – komandanın sahibi Frənk Uilyams və onun qızı, komandanın marketinq […]

Williams komandasının texniki direktoru Mayk Koflən Avstraliyada komandaya başçılıq edəcək – komandanın sahibi Frənk Uilyams və onun qızı, komandanın marketinq direktoru Kler Melburna gələ bilməyəcəklər: biz artıq xəbər vermişdik, Frənkin həyat yoldaşı dünyasını dəyişib.

Virciniya Uilyamsın xatirəsini yad etmək üçün yarış günü komandanın bütün əməkdaşları qollarına qara sarğı bağlayacaqlar, bu gün isə paddokda Williams-ın boksunda ser Frənkin xanımı üçün xatirə kitabı qoyulub.

Mayk Koflən: “Bizim hamımız bu xəbərdən məyus olmuşuq və uzaqda olmağımız kədərimizi daha da artırır. Mən ölüm xəbərini aeroportda eşitdim və şəxsən Frənkə başsağlığı verə bilmədim. Buna baxmayaraq, həyat davam edir və komanda irəliləməlidir, mən ümid edirəm ki, biz Melburnda uğur qazanacayıq və bu uğuru Cinninin xatirəsinə həsr edəcəyik. Bu uik-end mən Frənk və Klerin vəzifələrini cira edəcəm, amma mən müvəqqətiyəm.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 312
Teqlər , , , , ,
Paylaş

logo