Cordan: Həmilton Ferrari-nin problemlərini həll edə bilər

Lyuis Həmilton dəfələrlə Mercedes-dən ayrılmaq fikrində olmadığını söyləsə də, öz komandasının keçmiş rəhbəri Eddi Cordan Express Sport-a müsahibəsində yeddiqat dünya çempionunun Ferrari-yə böyük kömək edə biləcəyini söyləyib.

F-1.az xəbər verir ki, italyanlar bu il mövsümə çox pis başlayıblar və ilk üç yarışdan sonra keçənilki problemlərin həll olunmadığı aşkar görünür…

Eddi Cordan: “Məncə, Lyuis yalnız bir yerə – Ferrari-yə gedə bilər. Onun kimi istedadlı bir sürücü – onlar sanki bir-biriləri üçün yaradılıblar. Ferrari-ni silkələmək lazımdır, əgər karyerasını davam etdirmək qərarına gəlsə, elə Həmilton da silkələnməyə ehtiyac duyur.

Lyuis davam edəcəksə, dəyişikliyə ehtiyacı var. Onun motivasiyası, təşəbbüsü, əyləncəsi üçün. Bu uşaqlarla italyan dilini öyrənmək, danışmaq və makaron yemək başqa bir dünyadır. Həmiltonu o mühitdə görmək istərdim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*