Yaponiya-2023: Ferstappen və Red Bull qayıdıblar

2023-cü il Formula1 mövsümünün 16-c; mərhələsi olan Yaponiya Qran Prisinin birinci sərbəst yürüşlərində Ferstappen hamıdan sürətli olub.

F-1.az xatırladır ki, niderlandlı sürücü keçən həftə Sinqapurda geridə qalmış və yarışı 5-ci yerdə bitirmişdi. Lakin o, cəsarətli olmağı tələb edən Suzuka həftəsonuna sürətli başlayıb və ilk sessiyanı birinci yerdə başa vurub.

Pirelli-nin prototip təkərlərinin test edildiyi sessiyanın ilk yarısında qəza olmayıb. Sessiyanın ilk yarım saatında test və Medium təkərləri ilə dövrələr vurublar. Sessiyanın ikinci hissəsində isə sürücülər Soft təkərlərə keçiblər. Soft təkərlərlə atılan dövrəlrə sıralanmanı da təyin edib: Maks və Red Bull geri qayıdıblar. 25 yaşlı sürücü 1.31.647-lik zaman nəticəsi ilə birinci yeri tutub. İkinci yeri isə ondan 0ş626 saniyə geri qalan Karlos Sayns tutub. Lando Norris son anlardakı dövrəsi ilə Ferstappendən 0.7 saniyə geridə qalıb və üçüncü olub. Şarl ELkler dördüncü yerdə qərarlaşıb. Yerli qəhrəman Yuki Tsunoda isə beşliyi tamamlayıb. Onun arxasından isə Fernando Alonso və Oskar Piastri gəlib.

Alek Elbon, Liam Louson, Ləns Stroll onluğu tamamlayıblar. Red Bull komandasından serxio Peres onluqdan kənarda qalaraq, 11-ci, Pyer Qasli 12-ci olub. Mercedes komandasının sürücüləri Corc Rassell 13-cü, Lyuis Həmilton 16-cı olublar. Onların arasına isə Niko Hülkenberqlə Esteban Okon giriblər. Son sıralarda isə Valtteri Bottas, Loqan Sarcent və Quanyu Çjou olublar.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*