L.Norris: Səhv etsəm belə hər şey əladır

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, son sessiyada səhv etsə də, yaxşı nəticə qazanıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü İmoladakı sıralanma turunun son sessiyasında bariyerlərə çırpılıb və qırmızı bayraqlara səbbə olub. Buna baxmayaraq, o, sıralanma turunda 3-cü yerə yiyələnib.

Lando Norris: “Əlbəttə xoşbəxtəm. Üçlükdəyəm və bu bizim üçün sürpriz oldu. Təkərləri qızdırmağa çalışırdım və pitdən çıxış dövrəmdə limitlərdə sürdüm. Bu pis oldu. Əks halda Şarlı keçə bilərdim. Bunu demək çətindir. Bəlkə, o da nəticəsini yaxşılaşdırardı. Belə bitməsi pis oldu, ancaq sabah üçün yaxşı yerdəyəm.

Bu gün yağış yağmasa, üçlükdə ola bilməzdik. Bu gün maksimum nəticə qazandıq. Hədəfimiz də bu idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*