İki komandanın əməkdaşı koronavirusa yoluxub

Haas komandasının iki əməkdaşının, McLaren komandasının isə bir əməkdaşının koronavirusa yoluxduğu ehtimal edilir.

F-1.az Daily Express-ə istinadən xəbər verir ki, onlarda bu virusun simptomları müşahidə olunub. Nəşrin yazdığına görə, hər üç şəxs koronavirusla bağlı analiz verib və onların nəticələri yaxın beş gündə açıqlanacaq. Bu müddət ərzində isə hər üç şəxs oteldə karantində saxlanılacaq. Haas və McLaren komandalarının mətbuat xidmətləri hələlik məlumatı şərh etməyiblər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*