D.Rikkardo xoşbəxt olmasa da, razıdır

McLaren komandasının sürücüsü Daniel Rikkardo yarışdan razı qalıb.

F-1.az xatırladır ki, avstraliyalı sürücü yarışa 11-ci yerdən başlasa da, finişə 9-cu yerdə çatıb. Beləliklə, bal porsuğu ləqəbli pilot Azərbaycan yarışından sonra ilk dəfə xal qazanıb.

Daniel Rikkardo: “Razıyam. Xoşbəxt olmasam da, razıyam. Nəyə görə xoşbəxt deyiləm? Dünəm sürətli olduğum bir neçə döngə var idi. Yarışda isə bu yox idi. Buna görə məyusam.

Startdan sonra sol ön təkəri bir az yandırdım. Mən xatırlamasam da, komanda mənə dedi. Bu bir yandan yaxşı oldu, çünki bir neçə yer qazanmışdım. Daha sonra təkərim məhv oldu və çətinlik çəkdim. Buna baxmayaraq, daha sonra bolid istədiyim kimi deyildi. Yoxsa Haas-larla və Lando ilə mübarizə aparmaq olardı. Yenə də iki maşınla xal almaq yaxşıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*