10 Dekabr 2018, Bazar ertəsi - 21:33

S.Vandorn: “Alonso kimiyəm”

S.Vandorn: “Alonso kimiyəm”

Müəllif: Rauf Hacıyev, redaktor

14:40 - 26 Aprel, 2018

McLaren komandasının sürücüsü Stoffel Vandorn bildirib ki, artıq komanda yoldaşı Fernando Alonso kimi performans göstərə bilir.

F-1.az xatırladır ki, Vandorn keçən il Formula1-də ilk tam mövsümünü keçirmiş və xal hesabında komanda yoldaşına məğlub olmuşdu.

Stoffel Vandorn: “O, hər şeylə baş edə bilir. Çətin anlarda komandanı yaxşı sakitləşdirir. Bu, onun güclü tərəflərindəndir. Ən çətin şəraitdə belə performansının 99 faizini ortaya qoyur və ondan çox şey öyrənirəm. Qətiliklə gücləndiyimi hiss edirəm. Çətin anlarda daha güclü oluram. Alonso mükəmməl meyardır. Bir yerdə işləyəndə bolidin 100 faiz potensialını əldə edə bilirik. Əgər Dünya Çempionu olmaq istəyirəmsə, Alonsonu məğlub etməliyəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 133
Teqlər , ,
Paylaş

logo