P.Ferrari: “Gələn il çempion olmalıyıq”

Entso Ferrari-nin oğlu Pyero Ferrari bildirib ki, gələn il bütün rəqiblərini geridə qoymaq istəyirlər.

F-1.az xatırladır ki, Ferrari mövsümə çempionluq hədəfi ilə başlasa da, aerodinamik problemlərə görə geridə qalıb.

Pyero Ferrari: “Gələn il üçün əsas hədəfimiz rəqiblərimizi qabaqlamaqdır. Qalib gəlmək üçün səhv etməyən və bolidin potensialından artıqlaması ilə istifadə edən sürücülərə ehtiyacımız var. Bundan başqa strategiya yarışlarda vacibdir və o cəhətdən də güclənməliyik. Avtoidmanda rəqabət o qədər güclüdür ki, hər cəhətdən maksimum səviyyədə olmasanız, uğur qazana bilməzsiniz. Çempion olmaq üçün hər il əlimizdən gələni etməliyik. Ümid edirəm ki, atamın yaratdığı ruh dəyişməz olaraq qalar və Formula1-də yenidən çempionluqlar qazanarıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*