Ferrari Toskanada xüsusi rəng çaları ilə yarışacaq

Ferrari tarixinin 1000-ci yarışı olan Toskanada tünd qırmızı rəng ilə yarışacaq.

F-1.az xatırladır ki, komanda bu il çox bərbad vəziyyətdədir. Buna baxmayaraq, 1000-ci yarış üçün xüsusi hazırlıqlara başlayıblar. Ferrari SF1000 bolidini 1950-ci illərdə istifadə etdiyi tünd qırmızı rəngə boyayıb.

Toskana Qran Prisi azarkeşli olacaq. Burada 2880 nəfərin tribunadan yarışı izləyəcəyi gözlənilir. Mik Şumaxer bazar günü atasının çempion olduğu Ferrari F2004 ilı şou yürüyüşü edəcək.

Pyero Ferrari: “1000 yarış sadiqliyin göstəricisidir və buna görə də xüsusi qeyd olunmalıdır. Bu yarış üçün xüsusi rəng çalarından istifadə etmək qərarı aldıq. Ferrari-nin ilk yarış maşını olan 125 S tünd qırmızı rəngdə idi və biz də SF1000-i bu rəngə boyamaq qərarına gəldik. Şarlın və Sebastyanın bolidindəki nömrələr belə o dövrdəki kimi yazılıb. Elə bil onu sonradan əllə boyamısan. Sürücülərimizin paltarları da maşının rəngi ilə eyni olacaq. Bu, kökümüzə olan hörmətdir. Ferrari-nin dünyada tayı-bərabəri yoxdur. Çünki şirkət həm avtomobil istehsalçısının, həm də yarış komandasının ruhuna sahibdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*