L.di Montedzemolo: Günahkar mənəm

Ferrari-nin sabiq prezidenti Luka di Montedzemolo komandanın çöküşünün günahını özündə görür.

F-1.az xatırladır ki, 2014-cü ildə turbo mühərriklər gəldikdən sonra Mercedes bütün titulları silib-süpürüb. Ferrari isə bu dövrdə cəmi 17 qələbə qazana bilib.

Luka di Montedzemolo: “Özümü tənqid etməliyəm. Çünki hibrit mühərriklərə keçid edərkən şirkətin prezidenti mən idim. Hibrid mühərriklər avtomobil sənayesi üçün inqilab idi və onlarla yarışmağı qəbul etməli idim. Amma Ferrari daxil olmaqla, İtaliyadakı texnologiya çatışmazlığını ciddiyə almadım. Bu cür texnologiyalar heç vaxt mühəndislik ənənəmizin bir hissəsi olmayıb”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*