P.Simonds: “Ferrari düz etmir”

Williams komandasının sabiq texniki direktoru Pət Simonds bildirib ki, Ferrari-dəki problemlərin davam etməsi qəbulolunmazdır.

F-1.az xatırladır ki, Malayziyada Rəykkönenin bolidində problem çıxmış və 38 yaşlı sürücü yarışa start verə bilməmişdi. Yaponiyada isə Fettel mühərrik problemi yaşayaraq, mübarizəni yarışın 5-ci dövrəsində dayandırmışdı.

Pət Simonds: “Malayziyada sıralanma turunda Fettelin problemini gördükdən sonra komanda Rəykkönenin də bolidində eyni problemin olub-olmadığını yoxlamalı idi. Bəlkə, yanılıram, amma Kiminin də bolidində eyni problem çıxmış ola bilər və bu da komandanın səhvindən irəli gəlir. Komandadakı digər çatışmazlıq isə problemin kimdən qaynaqlandığını tapmaqdansa, bunu necə həll etməyi düşünmələridir. Həmişə işləri yaxşılaşdırmaqdan danışırlar və bunun hesabına inkişaf ediblər. Ümid edirəm gələn il də liderlər arasında mübarizə artar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*