Ferrari Britaniyada baza qurmayacaq

Enzo Ferrarinin oğlu Pyero Ferrari bildirib ki, Britaniyada baza qurmaq barədə düşünmürlər...

F-1.az xatırladır ki, Formula1 komandalarından McLaren, Mercedes, Red Bull, Williams, Force İndia, Renault və Manor komandalarının bazaları Britaniyada yerləşir.

Toro Rosso və Ferrari-nin bazaları İtaliyada, Sauber-in bazası İsveçrədə, Haas komandasının bazası isə həm Britaniyada, həm də Amerikada yerləşir.

Flavio Briatore başda olmaqla Formula1 ekspertləri Ferrari-nin Britaniyada baza açmalı olduğunu deyirdilər.

Bu günlərdə Pyero Ferrari bu söz-söhbətlərə aydınlıq gətirib və bildirib ki, onlar Britaniyada baza açmayacaqlar: “Bir yarış komandası kimi 1000-dən çox adamı idarə etmək asan deyil və bəzi problemlər yaşadıq. Amma hazırda doğru yolu tapmışıq”.

Qeyd edək ki, Ferrari-nin prezidenti Sercio Markionne də Britaniyada baza açacaqları xəbərini təkzib etmişdi…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*