R.Braun nəyə görə peşmandır?

2002-ci ilin Avstriya yarışında Ferrari körpüsündən birinci yerdə gedən Rubens Barrikelloya "çempionatdakı vəziyyətə görə Mixaeli irəli burax" əmri gəlmişdi və braziliyalı sürücü yarışın son döngəsindən çıxışda ayağını qazdan götürmüşdü.

F-1.az xatırladır ki, Ferrari-nin bu hərəkəri tribunadakı fanlar tərəfindən birmənalı qarşılanmamış və Şumaxeri podiumda fitə basmışdılar.

Bu yarışdan 15 il keçdikdən sonra o dövrdə Ferrari-nin texniki direktoru çalışmış Ross Braun bildirib ki, bu qərarı verməklə səhv etmişdilər: “Avstriyadakı qərar böyük bir səhv idi. Pərdə arxasındakı vəziyyət daha qarışıq idi. Yarışdan əvvəl biz Rubens Mixaeli ötsə, nələr edərik deyə düşünmüşdük. Sonra Mixaelin önə keçməsi üçün əlimizə fürsət düşdü və biz də belə davam etdik. Hər şeyi yarışdan əvvəl danışmışdıq. Sonra yarışda Rubens Mixaeli qabaqladı. Biz də ona “tamam, Mixaelin ötməsinə icazə verərsən?” dedik. O isə bizə “xeyr, bunu məndən istəməyin! Bu yarışı qazanmaq üçün əlimdə gözəl fürsət var. Bunu mənə əmr edə bilmərsən!” dedi.

Bu vaxtda isə Mixael radio ilə bizdən Barrikellonun onu nə vaxt buraxacağını soruşurdu. Əgər yarışdan əvvəl planlaşdırdığımız şeyləri etmirlərsə, komanda daxili ab-havanı necə qoruya bilərsiniz? Buna görə də biz Rubensdən bunu xahiş etdik. O da lazımsız şou göstərərək bizə cavab verdi.

İşlər daha sonra lap pis qarışdı. Mixael tribunadakı fanatların reaksiyasını görüb, Rubensi podiumun zirvəsinə çıxarmışdı və Ferrari FİA-dan milyon dollarlıq cəza almışdı.

Əgər hər şeyi axarında buraxsaydıq, Rubensə qəzəblənməkdən başqa heç bir şey olmayacaqdı. Amma bu hal komanda üçün daha zərərli oldu. Əgər yarışı təkrar edə bilsəydik, həmin səhvi bir də etməzdim. Çünki nəticələri gözlədiyimizdən daha ağır oldu. Komandadaxili məsələ siyasiləşdirildi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*