K.Sayns: Lotereya kimi oldu

McLaren komandasının sürücüsü Karlos Sayns bildirib ki, bu mövsüm bəxtləri gətirmir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Britaniya yarışında 4-cü yerdə gedərkən təkəri partlayıb və yarışı 13-cü yerdə bitirib.

Karlos Sayns: “Yaxşı start aldım, amma ilk yarışlarda bəxtimiz gətirmir. Pis oldu, çünki təkər partlayana qədər hər şey yaxşı idi.

Hard təkərlərə bacardığım qədər nəzarət etdim. Sonra Rikkardonun hücumlarını dəf etmək üçün limitlərdə sürdüm. Sol ön təkəri yaxşı vəziyyətdə tutmağa çalışsam da, təkər “artıq bəsdir” dedi və hər şeyi itirdik.

Sadəcə bir dövrəmiz qalmışdı. 35-37 dövrə dözmüşdü. Heyif ki, bu cür bitdi. Bu, bir az lotereyaya oxşadı. Təkərləri finişə qədər saxlayanlar oldu, bəzilərində isə partladı və mən onlardan biri idim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*