Əbu Dabi-2022: Güc qurğusunun elementləri

Cümə günü səhər FİA Əbu Dabidə həftəsonu başlamazdan əvvəl maşınlarda quraşdırılmış güc qurğusunun elementlərinin siyahısını dərc edib.

F-1.az xəbər verir ki, mövsüm ərzində sürücülər cəriməsiz üç daxiliyanma mühərriki, üç turbin, üç MGU-H motor generatoru, üç MGU-K motor generatoru, iki batareya və iki elektron idarəetmə blokundan istifadə edə bilərlər.

Bu məhdudiyyətləri aşanlar güc qurğusunun birinci elementinin quraşdırılması zamanı startda 10 yerin itirilməsi ilə cəzalandırılırlar. İkinci elementin quraşdırılması isə beş yerin itirilməsi ilə nəticələnir. Cərimə 15 mövqedən çox olarsa, sürücü sonuncu cərgəyə göndərilir. Bir neçə sürücü belə cəza alarsa, start mövqeyi sıralanma turunun nəticəsindən asılı olur.

Qazburaxma sistemlərinin (EX) dəyişdirilməsi də keçən ildən məhdudlaşdırılıb – mövsümdə yalnız səkkiz sistemdən istifadə oluna bilər, sonrakı dəyişdirmələr oxşar cərimə ilə cəzalandırılır.

ƏBU DABİ QRAN PRİSİNDƏN ƏVVƏL GÜC QURĞUSUNUN ELEMENTLƏRİ

Sürücü Komanda Mühərrik ICE TC MGUH MGUK ES CE EX
63. Corc Rassell Mercedes Mercedes 4 4 4 4 3 3 4
44. Lyuis Həmilton Mercedes Mercedes 4 4 4 4 2 2 4
01. Maks Ferstappen Red Bull Red Bull 5 4 4 4 3 3 7
11. Serxio Peres Red Bull Red Bull 5 3 3 3 2 2 7
16. Şarl Lekler Ferrari Ferrari 6 6 5 5 3 4 9
55. Karlos Sayns Ferrari Ferrari 6 5 5 6 3 4 8
03. Daniel Rikkardo McLaren Mercedes 3 3 3 3 2 2 3
04. Lando Norris McLaren Mercedes 4 4 4 3 3 3 5
14. Fernando Alonso Alpine Renault 6 5 5 4 4 4 6
31. Esteban Okon Alpine Renault 6 5 5 4 4 4 7
10. Pyer Qasli AlphaTauri Red Bull 4 4 4 4 3 3 7
22. Yuki Tsunoda AlphaTauri Red Bull 6 6 6 6 3 3 7
18. Ləns Stroll Aston Martin Mercedes 3 3 3 3 2 2 3
05. Sebastyan Fettel Aston Martin Mercedes 3 3 3 3 2 2 3
23. Aleks Əlbon Williams Mercedes 3 3 3 3 2 2 3
06. Nikolas Latifi Williams Mercedes 3 3 3 3 2 2 3
77. Valtteri Bottas Alfa Romeo Ferrari 6 7 7 4 2 3 8
24. Quanyu Çjou Alfa Romeo Ferrari 5 4 4 3 2 3 8
20. Kevin Maqnussen Haas Ferrari 6 5 5 4 2 2 8
47. Mik Şumaxer Haas Ferrari 5 4 4 4 2 3 8
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*