09 Dekabr 2018, Bazar - 23:27

Rəsmən: Williams komandası Kubitsa ilə müqaviləsini təsdiqləyib

Rəsmən: Williams komandası Kubitsa ilə müqaviləsini təsdiqləyib

Müəllif: Elçin Zodorov, redaktor

13:13 - 22 Noyabr, 2018

Williams komandası 2019-cu il mövsümü üçün heyətini tam təsdiq edib: gənc debütant Corc Rasselə təcrübəli Robert Kubitsa yoldaşlıq edəcək.

F-1.az xatırladır ki, 2017-ci ildən komanda ilə əməkdaşlığa başlayan polşalı sürücü rəhbərliyin rəğbətini qazanıb, bu il isə ehtiyat sürücü kimi həm rəsmi test və məşqlərdə, həm də Qrouvdakı bazada maşının təkmilləşməsində böyük iş görüb.

Robert Kubitsa: “İlk növbədə, son illərdə mənə dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm. Formula1-ə qayıtmaq üçün olduqca çətin yollardan keçdim. İlk baxışda real görünmürdü, lakin vəziyyət dəyişdi və mən 2019-cu ildə yarışacağımı bildirməkdən məmnunam.

Bu çətinliklər arxada qaldı, lakin indi məni yeni vəzifələr gözləyir. Biz Corc Rassellə birlikdə komandanın yenidən köhnə günlərinə qayıtması və trasda yaxşı nəticələr qazanması üçün əlimizdən gələni edəcəyik. Lakin asan olmayacaq. Bu mövsüm də bizim üçün çətin keçdi, lakin çox şey öyrəndim. Bu şansı verdikləri üçün Frənk Uilyamsa və Klerə təşəkkür edirəm”.

Kler Uilyams: “Biz Robert Kubitsanın 2019-cu ildə Corc Rasselin komanda yoldaşı olacağını elan etdiyimiz üçün şadıq. Onun səyləri və xarakteri bizdə xoş təəssürat yaratdı. Builki komandaya bağlılığı və çalışqanlığı komandanın rəğbətini qazanmasına yardım etdi. Onun qətiyyəti Williams-ın mübariz ruhunu təcəssüm edir. Biz ona komandada mütəmadi çalışacağı bir rol verdik və bu, bizim üçün vacib addım idi. Çünki liderlər qrupuna dönmək üçün vuruşmağı planlaşdırırıq.

Həm də, gələnilki heyətimizdə gənclik və təctrübə birləşəcəyi üçün şadıq. Tras üzərində nələr edəcəyimizi görmək istəyirik. Ləns Stroll və Sergey Sirotkinə bu çətin mövsümdə çox çalışdıqları üçün təşəkkür edirik və gələcək karyeralarında onlar üçün ən yaxşısını arzulayırıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 276
Teqlər ,
Paylaş

logo