Williams FW48 1981-ci ilin maşınının rəng çalarlarına boyanıb

Williams komandası bolidlərinin rəng çalarını növbəti dəfə dəyişmək qərarına gəlib və Madrid həftəsonunda maşınlar 1981-ci ildə dünya çempionatının İspaniya mərhələsində çıxış edən FW07C ilə eyni rəng sxemində olacaq.

Həmin İspaniya Qran Prisi paytaxtı yaxınlığındakı Xarama avtodromunda keçirilmişdi və onun yekunlarına əsasən, Williams komandasının sürücüləri Karlos Röytemann və Alan Cons müvafiq olaraq 4-cü və 7-ci yerləri tutmuşdular. Lakin artıq Mühəndislər Kubokunda lider olan komanda sonradan bu titulu rəsmən qazandı və bunu ardıcıl ikinci il bacardı.

Bu gün xüsusi rəng çalarını Karlos Sayns təqdim edib – təqdimat Williams-ın Madriddəki fan-zonasında baş tutub. FW48-in tərtibatında parlaq ağ, yaşıl və mavi rənglər üstünlük təşkil edir və hazırda Britaniya komandasında Madriddə doğulmuş sürücü çıxış edir ki, bu da özlüyündə rəmzi məna daşıyır. Williams-ın mətbuat relizində vurğulandığı kimi, bolidin bu tərtibatı nəsillərarası varisliyi əks etdirir və komandanın şanlı tarixinə həsr olunub.

Ceyms Vaulz: “Missiyamız start düzümünün sonundan yenidən ön sıralara qayıtmaqdır və bu yolda bizi Williams-ın keçmişdə qazandığı bütün uğurlar ruhlandırır. FW48-in bu xüsusi rəng çaları sanki bizi 45 il əvvəl Xaramada olan Williams komandası ilə bağlayır və bu görünüşdə maşın olduqca möhtəşəm təsir bağışlayır. Onu Madriddə trasda mümkün qədər tez görmək istəyirəm”.

,