T.Volff: “Bottasın növbəti səviyyəyə keçmək vaxtı idi”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Bottasın sonrakı səviyyəyə keçmək vaxtı gəlib.

F-1.az xatırladır ki, Bottas yeni mövsümdən etibarən Mercedes komandasında çıxış edəcək.

Volff bildirib ki, Rosberq təqaüdə çıxdıqdan sonra onun yerinə Bottası düşünüblər: “Valtteri ağıllı, realist, açıqsözlü və işini sevən sürücüdür. Əsl finlandiyalıdır. Sözün düzü, bizim üçün ən yaxşı seçimdir. Gənc seriyalarda təsiredici rekordları və Formula1-də 9 podiumu olub. İndi yeni bir səviyyəyə keçmək və yarışlar qazanmaq vaxtıdır. Valtterinin istedadına güvənirik və buna görə də qışda ona fokuslanmışdıq.

Növbəti həftələrdə işlərimiz çox olacaq, çünki Valtteri ilə münasibət qurmağa çalışacağıq. Beləliklə, bolidin və komandanın necə işlədiyini anlayacaq”

Formula1-də çıxdığı 77 yarışda hələ də qələbə üzü görməyən Bottas da yeni iş yoldaşlarını tanımaq üçün səbirsizlənir: “İndiyə qədər isti münasibət görmüşəm. Düzdür, tanış olası çox adam var, amma başlanğıçda hər şey yaxşı oldu. Baza mənə təsir etdi və hamını tanımaq üçün səbirsizlənirəm. Mercedes mühərriyi ilə ilk təcrübəm 2009-cu ildə Formula3-də olub və son 3 ildə Williams-da mühərriyi daha yaxşı tanımışam. Amma bolid və komandanın iş rejimi barədə çox şey öyrənməliyəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*