24 May 2019, Cümə - 04:02

T.Volff F1-in rəhbəri olur?

T.Volff F1-in rəhbəri olur?

Müəllif: Rauf Hacıyev, redaktor

16:46 - 09 May, 2019

Mercedes Motorsport-un rəhbəri Toto Volff 2020-ci ilin sonunda Liberty Media-da Çeyz Kerini əvəz edə bilər.

F-1.az bildirir ki, Volff hazırda Mercedes komandasının 30 faiz səhmlərinin sahibidir. Amma komanda bu səhmləri avstriyalı rəhbərdən satın ala bilər. Volff hazırda gələcəyini düşünür. Buna əsas səbəb kimi isə 2021-ci ildəki yeni qaydalar və Daimler-in rəhbəri Diter Tsetşenin təqaüdə çıxmasıdır. Belə olan halda Tsetşeni Ola Kəllenius əvəz edəcək. Bəzi iddialara əsasən isə Volff ikə Kəlleniusun araları yaxşı deyil. Buna görə də avstriyalı rəhbər komandadan ayrılmağı düşünə bilər.

Xatırladaq ki, Liberty ilə Çeyz Keri arasında üçillik müqavilə var və bu ilin sonunda bitəcək. Amma müqavilənin daha bir il uzadılma opsiyonu var.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 69
Teqlər ,
Paylaş

logo